Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Ötən həftə (26-30 oktyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 49,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,31 dollar/barel azdır.  

Sfera.az Trend-ə istinadən xəbər verir ki, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,17, minimum isə 47,65 dollar/barel təşkil edib.26-30 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 44,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,01 dollar/barel çoxdur.Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,74, minimum isə 42,84 dollar/barel olub.URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.26-30 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 47,53 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,58 dollar/barel çoxdur.Ötən həftə "Brent"in maksimum qiyməti 48,45 dollar, minimum isə 45,93 dollar/barel təşkil edib.


OXŞAR XƏBƏRLƏR