20 yaşlı tələbə qız babası yaşında iş adamı ilə öpüşərkən kameraya düşdü - FOTO
18:00 / 12.11.2019
3496
69 yaşlı iş adamı özünə gənc sevgili tapıb.
Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, italiyalı biznesmen, "Benetton Formula 1" komandasının keçmiş idarəçisi, 69 yaşlı Flavio Briatore özündən 49 yaş kiçik qızla sevgilidir.
20 yaşlı hüquq fakültəsinin tələbəsi ilə sevgili olan iş adamı onunla birlikdə istirahətə çıxıb. Onlar dincəlmək üçün Keniyanı seçiblər.
Hovuz kənarında öpüşən cütlük paparassilərin fotokamerasına tuş gəlib. Həmin anlar fotoqrafların diqqətindən yayınmayıb.
Qeyd edək ki, 20 yaşlı Benedetta Bosi Milan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alır. O, milyonçu ilə ən uzun müddət sevgili olan qadındır. (milli.az)