20 Yanvargünü dərs və iş günü sayılır? Rəsmi açıqlama
19:49 / 18.01.2018
900
Ümumxalq Hüzn Günü olduğuna görə 20 Yanvar günü məktəblilər dərsə getməyəcək.
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib.
"Hər il olduğu kimi, bu il də hüzn günü ilə bağlı olaraq 20 Yanvar günü məktəblərdə dərs keçirilməyəcək” – C.Valehov bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq Hüzn Günü də daxil olmaqla, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun – Ramazan bayramı, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust – Qurban bayramı, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.