20 Yanvar faciəsinin günahkarı kimdir? - SORĞU

20 Yanvar faciəsinin günahkarı kimdir? - SORĞU

1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Məhz bu gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib. Həmin gecə sovet ordusu tərəfindən 137 dinc sakin xüsusi qəddarlıqla öldürülüb, yüzlərlə insan yaralanıb, itkin düşüb. Bütün yaşanılanlara rəğmən 20 Yanvar hadisəsi xalqımızın milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. 

Bu qanlı tarixi hadisənin növbəti ildönümündə "ACT Azərbaycan" Bakı sakinləri arasında sorğu keçirdi. Sorğuda iştirak etmiş 400 respondentin hər biri bu tarixi hadisə haqqında məlumatlı olduğunu bildirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir: 

Sorğu iştirakçılarının əksəriyyəti bu qanlı hadisələrə görə keçmiş Sovet İttifaqı hakimiyyətini günahkar bilib (45 %). 16 % sakin isə Bakıda baş verən qırğına görə Ermənistan hakimiyyətini ittiham edib. Mixail Qorbaçovu Bakı qırğınının əsas səbəbkarı sayanlar isə 8 % təşkil edib. O dövrkü yerli hakimiyyət də ittiham olunanlar sırasında yer alıb (2 %). Yanvar faciəsində konkret bir tərəfi günahkar bilməyənlər də var (2 %). Bu hadisələrdə də ABŞ izi axtaranlar 1 % təşkil edib. Bakı sakinlərinin dörddə biri isə Yanvar qırğınında konkret günahkar adını deməkdə çətinlik çəkiblər (26 %). 

Rəyi soruşulan qadınların 43 %-i, kişilərin isə 46 %-i Bakı qırğınına görə məhz Sovet İttifaqını ittiham edib.

"20 Yanvar faciəsinin qarşısını almaq olardımı?" sualına cavab verənlərin əksəriyyəti müsbət cavab verib (43%). Bu fikirlə razılaşmayanlar 30 % təşkil ediblər. 27 % respondent isə sualı cavablandıra bilməyib. 

Gəncliyi 90-cı illərə təsadüf edən əksər insanlar (45-54 yaş aralığı) faciənin qarşısını almağın mümkün olduğunu bildiriblər (45 %). İstənilən halda Bakıda qırğının yaşanılacağını deyənlər isə nisbətən ahıl respondentlər (55-64 yaş aralığı) olub (40 %). 

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...