20 saat telefonu əlindən yerə qoymayan qadın ölümdən döndü - Həkimlər xəbərdarlıq edir

20 saat telefonu əlindən yerə qoymayan qadın ölümdən döndü - Həkimlər xəbərdarlıq edir
20 saat fasiləsiz telefona baxan 47 yaşlı qadın ölüm təhlükəsi ilə üzləşib. 

Sfera.az "The Daily Telegraph"a istinadən bildirir ki, hadisə Çində baş verib. 

20 saatlıq qatar səyahəti zamanı telefonu bir saniyə belə yerə qoymayan qadın qatardan düşəndə danışmaqda və yeriməkdə çətinlik çəkib. Özündən gedən qadını dərhal xəstəxanaya çatdırıblar. Onun beyninə qan sızdığı məlum olub. 3 saatlıq əməliyyatdan sonra qadının vəziyyəti yaxşılaşıb. Həkimlər qadının başına gələnlərin eyni vəziyyətdə çox qalmaqdan qaynaqlandığını açıqlayıblar. 

"Eyni vəziyyətdə çox qalmaq olmaz. Hərəkıt etmək lazımdır. Həm gözlərin, həm də beynin dincəlməsi üçün telefondan istifadəyə məhdudiyyət qoymaq lazımdır", deyə ölümdən dönən qadının həkimi bildirib. 

Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...