20 min abituriyent keçid balını yığa bilməyib - VİDEO

20 min abituriyent keçid balını yığa bilməyib - VİDEO
1-ci ixtisas qrupu üzrə abituriyentlərin 63%-i , 4-cü ixtisas qrupu üzrə isə 47% faizi keçid balını yığa bilməyib.

Keçən il bu rəqəm 67% və 57% olub. Ekspertlər isə ötən illə müqayisədə müəyyən irəliləliş olmasına baxmayaraq ümumi nəticələri ürəkaçan saymır.

Ekspert bunun ilkin səbəbini abituriyəntlərin il boyu materialları səthi şəkildə mənimsəməsində görür. Abituriyentlərə tövsiyə edilir ki, materialları müqayisəli şəkildə öyrənsinlər və məntiqi təfəfkkürün yoxlanılmasına dair testlər çox etsinlər.

31 min 397 abituriyentdən cəmi 11 min 406 nəfəri keçid balını keçə bilib. Müsabiqə şərtlərini 11 min 406 abituriyent ödəsə də 1 cı ixtisas qrupu üzrə qəbul plan yeri dəfələrlə çox- 13 min 632 dir. Bu isə o deməkdir ki, müsabiqəyə buraxilan abituriyentlərin hamısı düzgün ixtisas seçimi edib ali məktəblərə qəbul olsalar, 2 mindən çox plan yeri boş qalacaq. Nəzərə alsaq ki, 1-ci ixtisas qrupu üzrə sənəd verənlərin bir çoxu həm də 5-ci ixtisasa sənəd verib, deməli boş qalan plan yerlərinin sayı daha çox olacaq. Belə olan halda boş qalan yerlərin aqibəti necə olacaq?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyir ki, plan yerləri boş qalsa, müəyyənləşdirilən keçid balı aşağı salınmayacaq. Yəni minimum 200 balı toplaya bilməyənlər tələbə adını qazana bilməyəcək.

Sfera.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...