2-ci sinif şagirdini maşın vurdu

2-ci sinif şagirdini maşın vurdu
 
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomagistralda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo.Az salamnews-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Vahidov Kənan Xoşbəxt oğlu anası ilə məktəbə gedən zaman yolu keçmək istəyərkən "Mercedes" markalı 99 GU 876 dövlət nömrə nişanlı avtomaşın onu vurub. 2-ci sinif şagirdi elə hadisə yerində dünyasını dəyişib.
Məktəblinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ Rayon Şöbəsinə aparılıb.
Baş vermiş yol qəzasını araşdıran Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşad Əmirov salamnews-a faktı təsdiqləyərək bildirib ki, hadisəni törədən sürücü Allahverdiyev Famil Murad oğlunun izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...