Dünya

1915-ci il hadisələrini "Böyük fəlakət" adlandıran Trampa Türkiyədən sərt CAVAB

1915-ci il hadisələrini
Ötən gün ABŞ prezidenti Donald Tramp 1915-ci il qondarma erməni "soyqırımı” hadisələrinin 103-cü ildönümü ilə bağlı çıxış edərək bu hadisələri soyqırım deyil, "Böyük fəlakət” adlandırıb.

Trampın yazılı açıqlaması isə Türkiyəni qıcıqlandırıb. Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri haqda açıqladığı " yanlış ifadələr və subyektiv tarix” fikrini rədd edib. 

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Donald Trampın bu fikrinə sərt münasibət bildirilib. 

"Prezident Trampa eyni dönəmdə erməni üsyançıların işitrak etdiyi hadisələrdə 500 mindən artıq müsəlmanın öldürüldüyünü xatırladırıq. Təklif edirəm ki, tarixin bu dövrü daha yaxşı araşdırılsın”. 
 
Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ