19 yaşlı qız ərini güllələdi: Youtube-a görə... - FOTO

19 yaşlı qız ərini güllələdi: Youtube-a görə... - FOTO
ABŞ-ın Minnesota ştatında 19 yaşlı Monaliza Perez adlı qadın Youtube-da izləyici toplamaq üçün dəhşətli cinayət törədib.

Sfera.az
xəbər verir ki, qadın canlı yayımda əri Pedro Ruzizi güllə ilə vurub. Təxminən 30 santimetr məsafədən açılan güllə oğlanın sinəsinə dəyib. Güllənin qarşısını almaq üçün sinəsinə qalın bir kitab tutan Pedro hadisə nəticəsində həyatını itirib.

Cinayəti 3 yaşlı qızları da daxil olmaqla, 30 nəfərdən çox insan izləyib.
Polis tərəfindən saxlanılan Monaliza bu fikrin Pedroya aid olduğunu iddia edib. Tviter hesabında bunu sübut edən paylaşımı dəlil olaraq irəli sürsə də, qadına bəraət verilməyib.

Qadının ikinci uşağa hamilə olduğu bildirilir.

mənbə: publika.az



OXŞAR XƏBƏRLƏR