19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ – FOTO

19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ – FOTO
Bu gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülən Aydın Şıxəliyevin 7 mərasimidir.

Sfera.az xəbər verir ki, dəhşətli şəkildə qətlə yetirilən Aydın Şıxəliyev "yetimlər atası” kimi tanınırmış. Taksi xidmətilə çörək pulunu qazanan Aydın Şıxəliyev həmişə qohum-qonşunun köməyinə yetən biri olub.

Qonşuları BAKU.WS-ə bildirdilər ki, bu kişi "yetimlər atası” olub. Hamıya bacardığı qədər əl tutub. Kimin evində rəhmətə gedən olanda, o birinci köməyə gedirmiş. Həmin yerə şorqoğalı, çörəyi pulsuz paylayarmış. Heç kimdən pul götürməyib. Bu qədər yaxşı insan olub.

Aydın Şıxəliyevin həyat yoldaşı Firəngiz Şıxəliyeva hadisədən sonra böyük sarsıntı keçirib. O, hələ də həyat yoldaşının öldüyünə inana bilmir.

Qeyd edək ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin "Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

Məlum olub ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun "20 Yanvar” stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi "Mersedes” markalı avtomobilə əyləşiblər.

Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Şamil Bayramov və Rahin Hüseynov üzərlərində olan bıçaqlarla Aydın Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...