Polis Bakıda dəhşətli qəza törətdi, hadisə yerindən qaçdı - FOTOLAR

Polis Bakıda dəhşətli qəza törətdi, hadisə yerindən qaçdı - FOTOLAR
Bu gün Bakıda polis əməkdaşı dəhşətli qəza törədib. Bu barədə jurnalist Günay Novruzqızı öz "Facebook" hesabında yazıb. 
O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Dostlar, bir az əvvəl çox böyük qəzadan Allah məni və anamı qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də... Yüksək sürətlə “Kamaz”ın altına girən bu maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.
 


OXŞAR XƏBƏRLƏR