18 siyasi partiya illik maliyyə hesabatını təqdim edib

18 siyasi partiya illik maliyyə hesabatını təqdim edib
"Məndə olan son məlumata görə, 18 siyasi partiya ötən illə bağlı illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib".

Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, partiyaların maliyyə hesabatlarını təqdim etməsi prosesi davam edir.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Qanunvericiliyə əsasən, 2015-ci ildən başlayaraq siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası isə bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

OXŞAR XƏBƏRLƏR