17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Bu gün həbsdən çıxan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO
18:40 / 25.05.2018
30350
Bu gün əfv sərəncamı ilə azadlığa qovuşan Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Bu dəhşətli qətli törədən Gülnarə Əzizova 4 il həbsxanada cəza çəkib.
O, 3 ildən sonra azadlığa çıxacaqdı. Amma Prezident İlham Əliyevin humanist addımı nəticəsində daha bir qadın həbsdən azad olundu. Gülnarə Əzizovanı bu cinayəti törətdiyinə görə ittiham edənlər də, "gərək bu cinayət törətməyəydi” deyənlər də çox olub. Amma onun həyatı dəhşətli əzablar icində keçib, qadın bu cinayəti törətməyə məcbur olub. Gülnarə Əzizova 17 yaşıda sevib-seçib, ailə qurub. Amma bilməyib ki, "ağ ölüm” bu xoşbəxtliyi, sevgini onun əlindən tez bir zamanda alacaq, illərini qaranlıq divarlar arasında keçirməli olacaq.
Səhərimi azadlıqda keçirməyi arzu edirdim”
Gülnarə Əzizovanın sözlərinə görə, əri tüfeyli həyat tərzi keçirib, ona daim işgəncələr verib. O, qeyd edib ki, ibtidai istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.
O, qeyd edib ki, Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 7 ilə endirilib: "İllərlə həsrətini çəkdiyim azadlığa çıxdım. Bundan artıq mənə nə vermək olar? Düzdür, qətl törətmişəm, bu əməli törətməyə məcbur olmuşam. Haqsız yerə mənə verilən işgəncələrə dözmədim, bu səbəbdən cinayətə əl atdım. Amma problemləri hüquqi müstəvidə də həll etmək olardı. Nə baş versə belə, bu, heç kimə cinayət törətməyə haqq verilmir. Törətdiyim əmələ, bu illəri dörd divar arasından keçirməyə görə çox peşimanam. Çünki azadlığı heç nəyə dəyişmək olmaz. Mən də azadlıqda yaşamaq, ailəmin yanında olmaq istəyirəm. Hər gecə yatanda səhəri azadlıqda keçirməyi arzu edirdim. Bu arzum sonda çin oldu”.
Gülnarə Əzizova bildirib ki, dövlət tərəfindən məhkumlara yaxşı şərait yaradılıb, onların həbsxanada heç bir problemləri olmayıb: "İsti yatağımız, isti yeməklərimiz var, buna da şükür etməliyik. Amma hər kəsin öz evi özünə daha şirindir. Buna görə də burada saxlanılan digər məhkum qadınların da azadlığa qovuşmasını arzu edirəm. Azadlıq gözəl bir hissdir”.
"17 yaşımda ailə qurdum”
Əfv olunan qadın qeyd edib ki, valideynləri Azərlə evlənməyinə də razı olmayıblar: "Hətta biz Azərlə razılaşmışdıq ki, valideyinlərim məni ona xoşluqla verməsələr, o məni qaçırsın. 17 yaşıma yeni qədəm qoyanda biz ailə həyatı qurduq və mən Ərkivandakı evimizdən onun ata evinə - Qəriblər kəndinə köçdüm. Bizim ilk uşağımız olandan 8 gün sonra onu hərbi xidmətə yolladılar. 1 il 6 aydan sonra isə hərbidən geri qayıtdı”.
"Məni qul kimi işlədirdilər”
Gülnarə Əzizovanın sözlərinə görə, ailə qurduğu ilk illərdə çox normal yaşayıblar: "Yəni kasıbçılıqla dolansaq da, söz söhbət, dava-dalaş olmurdu. Ailəsi tələb edirdi ki, həyat yoldaşım Azər hərbi xidmətə getməsin, atam pul verib onu hərbi xidmətdən saxlatdırsın. Lakin atamın elə maddi imkanı olmadığı üçün bunu edə bilmədi. Qaldığım evdə qayınanam və qayınatamdan başqa 2 qayınım da var idi. Onlar rəngsazdır. Maşın rəngləyirlər. Hər gün onların rəngdən çirklənmiş geyimlərini yumağa, evdən xeyli aralı olan yerdən su daşımağa, digər ev işlərini görməyə o qədər vaxt sərf edirdim ki, heç bir neçə aylıq uşağa ana südü verməyə imkanım olmurdu. Bəzən o qədər iş görürdüm, yolda yorğunluqdan ürəyim gedirdi. Azər hərbidə olanda nə məni atam evinə qoydular, nə onları bizə. Qayınatam, həm də dayım, onun oğlanları səhər işə gedib, axşam gəlirdilər. Qayınanam böyük oğlundan və gəlinindən çox qorxurdu. Bu səbəbdən həyat yoldaşım hərbi xidmətdə olanda mənə çox əziyyət verirdilər. O evdə intizam, nəzakət, abır-həya bilmirdilər. Hamı bir-biri ilə söyüşlə danışırdı. Məni qulluqçu kimi işlədirdilər”.
"Təhqirin, söyüşün sayı-hesabı bilinmirdi”
Gülnarə Əzizovanın sözlərinə görə, evdə olan bütün işlər onun boynunda olub: "İş bir az yubanan kimi təhqir edirdilər. Böyük qayınım döyməsə də, məni divara qısaraq, yumruqlarını gözümün qabağında oynadırdı. Qonşular dərdimi bilirdi, anama qarğış edirdilər ki, qardaşı evinin vəziyyətini bilə-bilə məni niyə oda atıb. Anam da deyirdi ki, istədiyinə verdim, söz-söhbət olmasın. Əzilirdim, xəsətələnirdim, dava-dərman etmirdilər. Qayınatam çox vaxt içkili olurdu, ə ona nə deyirdilər, inanırdı. Sonralar ortancıl qayınım da evləndi. Onun həyat yoldaşının da başına eyni oyunları açdılar. Bətnindəki oğlan uşağı 8 aylığında tələf oldu. O gəlinin qardaşı yox idi, dünyaya gətirəcəyi oğlanı həm də özünə qardaş bilirdi. Çox pis olmuşdu. Bir müddət atası evində yaşadı. Onun atasını məcbur edirdilər ki, qızına ev al. Axır ki, gəlin baş götürüb getdi. Sonra böyük qayınım qonşudan başqa qız aldı. Həmin qız onlardan da betər oldu. Hər günüm zülmlə keçirdi. Azər hərbidən qayıdandan sonra tamam başqa adam oldu. Əsəbi, söyüşkən. Adi çayı 1 dəqiqə gec gətirəndə təhqirin, söyüşün sayı-hesabı bilinmirdi”.
"Azər narkotikə qurşandı”
"Stəkanla dizimə o qədər vurdu ki...”
"Məni hamama sürüdü, başımı divara vurdu”
Gecə yarısı qətl
Gülnarə Əzizovanın sözlərinə görə, mayın 24-dən 25-nə keçən gecə saat 2-də Azər evə gəlib: "Yuxudan oyananda gördüm ki, Azər qapını sındırır. Tələsik qapını açdım. Gələn kimi yenə söyə-söyə çay istədi. Sonra başladı bütün valideynlərimi söyməyə, yatmağa gedəndə məni çağırdı və təzədən söydü. Daha sonra mənə heç bir əxlaqa sığmayan təklif etdi. Razılaşmadım. Nəşədən gözləri yumulurdu. Yata-yata dedi ki, razılaşmadın, sabah əvəzini görərsən. 4 nəfərlə qardaşın arvadını oğurlayıb, aparacam meşəyə, özüm nəşələnəcəm, onlar da intim münasibətdə olacaq. Sonra nəsillikcə adam içinə çıxa bilməyəcəksiniz. Məni titrətmə tutmuşdu. Yadıma düşdü ki, gəlin sabah qonşu məhəlləyə piyada toya gedəcək, bu da dediyini edən adamdır. İlk ağlıma gələn o oldu ki, bunun başına bir şey vurum, qaçım atamgilə xəbər eləyim. Bundan bir neçə gün əvvəl isə özümü öldürmək istəyirdim. Noxta, xamut da tapmışdım. Əvvəl istədim tava ilə başına vuram. Tava mənə çox yüngül gəldi. Sonra gözüm bıçağa sataşdı. Bu bıçaqdan xoşum gəlirdi. Onunla ancaq çörək kəsirdim, soğana, başqa ərzaqlara vurmurdum. Bıçağı götürərək, ona doğru getdim. Üzü üstə, köynəksiz, maykasız yatmışdı.Titrəyirdim. Bıçağı kürəyinə vuranda sürüşdü.Tək əllə bıçağı saxlaya bilmədiyim üçün 2 əlimlə tutdim, kürəyinə vurdum. Bıçaq elə yumşaq getdi ki, elə bildim, balınca vurmuşam.
Sonra gördüm kürəyindən qan fışqırır. Mənim əlim də qan içində idi. Hara vururdum, qan kəsilmirdi. Sonra bildim ki, öz əlimi də kəmişəm. Donub qalmışdım. Elə bilirdim, indi durub məni öldürəcək, heç qaçmağa halım yox idi. Fikirləşirdim, bu ya yuxudur, ya kinoya baxıram. Sonra gördüm ki, bədəni göyərdi. İstədim qışqıram, adamları səsləyəm, həkim çağıram, halım olmadı. Həm də qorxdum ki, yaxınları gəlib məni öldürər. Arada yenə özümü də asmaq istədim. Evdə imkan yox idi. Ancaq həyətdə xamutla özümü asa bilərdim. Bu vaxt gözüm 9 yaşlı qızıma sataşdı. Onun taleyinin necə olacağını fikirləşdim. Son qərarım o oldu ki, uşaqları bir yerə qoyub, özümü polisə təslim edim. Uşaqlar möhkəm yatmışdı. Yorğanı bıçaq kürəyində ola-ola onun üstünə çəkdim. Uşaqları zorla oyadıb geyindirdim.Uşaqlar bilmədi ki, atalarını vurmuşam”.
Gülnarə Əzizovanın sözlərinə görə, gecə saat 4-də uşaqları da götürərək, evdən çıxıb. Qapını da arxadan bağladım. Dedim birdən ayılıb ardımca gələr. Bizim ev Qəriblərdən keçən asfalt yola çox yaxındır. İtlər bizə hürə-hürə yola çıxdıq. 2 xarici maşın keçdi. Əl etdim, saxlamadı. Piyada getməyə qorxurduq. Dedim, arxadan gəlib, məni tutarlar, öldürərlər. Hələ də elə bilirdim o, sağdır. Bu vaxt bizdən qabaqda bir RAF dayandı. Sürücü maşını arxaya verdi. Maşında xeyli cavan yeniyetmə var idi. Dedilər, xala, gəl, min, hara istəyirsən aparaq. RAF-a mindik. Dedim, rayona getmək istəyirəm. Xeyli getdik. Sonra baxdım, gözümə işıq-filan dəymir. Dedim, qardaş, məni hara aparırsınız? Dedilər, biz buralı deyilik, yolu tanımırıq, Bakıya gedirik. Səni hara istəyirsən, ora aparaq? Dedim, məni Masallı parkının yanına aparın. Onlar da geri qayıdıb, gecə yarısı yolda dayanan gözətçilərdən soruşa-soruşa məni parkın yanına gətirdilər. Orada əmimgilin evi var, aptekin yanında.
Başım dumanlı olduğu üçün yolu çaşdım. Sonra yolda bir nəfəri görüb, məni Elçinin aptekinin yanına gətirməsini xahiş etdim. O da bizə bələdçilik etdi. Bir neçə qapını döyəndən sonra əmimgilin qapısını tapdım. Evdəkilər çaşıb qalmışdılar. Gəlinlərinə dedim ki, mən belə bir iş eləmişəm, Azəri vurmuşam. Uşaqlar qalsın burda, məni polisə təslim edin. Gəlin dedi, mən belə bir iş edə bilmərəm. Sonra nənəmi çağırdılar. Onu inandırdım ki, mən Azəri bıçaqlamışam”.
Gülnarə Əzizova deyib ki, qardaşı bu cinayəti üstünə götürmək istəyib, amma o, razı olmayıb...