160 Unibank müştərisi lotereya qalibi olub

160 Unibank müştərisi lotereya qalibi olub

 

Unibank kartı olan daha 59 müştəri lotereyada pul uduşu qazanıb. Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başladılan "Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyada indiyədək 160 Unibank müştərisi pul uduşu əldə edib. Üç aylıq lotereyanın sonuncu tirajının qalibləri də artıq açıqlanıb (//uploads.cbar.az/assets/5631f77d595ed884b61c36796.pdf ).

 

Lotereya rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə keçirilib. Tiraj ərzində POS-terminalda minimum 5 AZN-lik nağdsız əməliyyat edən kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə ediblər. 50 manatlıq uduş məbləği kart sahibinin bank hesabına "cashback” formasında qaytarılır.

 

Unibank kartınız varsa, siz xaricə səyahət paketi də qazana bilərsiniz. "Bahar lotereyası” çərçivəsində Unibank kartı ilə mayın 31-dək nağdsız ödənişlərinizin hər 10 manatı sizə Satoriniyə 1 həftəlik səyahət paketi və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. Yalnız pul uduş fondu 10 000 AZN olan lotereyanın ilk tirajı artıq keçirilib və əsas qalib iPhone X telefonu qazanıb. Santorini səyahət paketinin qalibi isə iyunun 10-da keçiriləcək ikinci tirajda məlum olacaq.

 

Lotereyada iştirak etmək üçün www.unibank.az saytında ( //unbk.az/2JcbNLA) qeydiyyatdan keçmək tələb edilir.

Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (//unbk.az/2HgDl0F) tanış ola bilər bilərsiniz.

 

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, //twitter.com/unibank) əldə etmək olar.

 

Unibank- hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...