Hadİsə

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi — FOTOLAR

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi — FOTOLAR
Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.
 
160 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə toqquşub. 

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir. 

Az sonra hadisə yerindən çəkilmiş görüntülər saytımızda yayımlanacaq. 

Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir. 

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.
 
 
/Ölkə.az

AdRiver

XƏBƏR LENTİ