16-cı dəfə hamilə qalan qadın ən yaşlı daşıyıcı ana oldu

16-cı dəfə hamilə qalan qadın ən yaşlı daşıyıcı ana oldu

İngiltərə sakini 52 yaşlı Kerol Horlok başqa ailəyə 14-cü dəfə uşaq dünyaya gətirmək üçün müqavilə bağlayan ən yaşlı daşıyıcı ana olub

Horlok 65 yaşlı əri Pol ilə birlikdə Esseksdə yaşayır. Onun ilk evliliyindən iki övladı var: 29 yaşlı Stefani və 25 yaşlı Meqan. Bununla yanaşı, britaniyalı qadın 13 uşaq üçün daşıyıcı ana olub və onların hər birinə görə 15 min funt sterlinqə (30 min manatdan çox) qədər pul alıb.

 

Horlok ilk dəfə daşıyıcı ana olmağa 27  yaşında, öz uşaqları doğulduqdan sonra qərar verib. Qadın ilk övladını başqa ailəyə 25 il əvvəl verdiyini deyib:

"Mən o valideynlərin sevincini gördükdən sonra  etdiyimə peşman olmadım. Bu illər ərzində bir dəfə əkiz, iki dəfə isə üçəm dünyaya gətirmişəm”.

Ana bu illər ərzində bir dəfə, 2004-cü ildə hadisələrin planlaşdırıldığı kimi getmədiyini deyib. Belə ki, ailə dünyaya gələn uşağa DNK analizi etdirib və məlum olub ki, körpənin atası daşıyıcı ananın həyat yoldaşı Poldur. Amma bununla belə, ailə uşağı qəbul edib. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...