15 yaşlı oğlan pulları ilə İspaniyanı şoka saldı
09:15 / 07.01.2019
2172
İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
Sfera.azxəbər verir ki, bu barədə TASS,"El Pais"qəzetinə istinadən bildirib.
Yeniyetmə ona külli miqdardapul qazandıran lotereya biletini oyundan 1gün əvvəl alıb: "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin,yeni mobil telefon alım və ya pulu kiçik mənzilə (mənzil alım-red) qoyum", - deyə o etiraf edib.
Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilənXaç suyuna salınmabayramı ilə üst-üstə düşür.
Qeyd edək ki, daha əvvəlKanada sakini "Milad" cekpotunda 44 milyon dollarqazanıb.