Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov 

fevralın 9-da Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət, 

iqtisadi islahatlarla əlaqədar həyata keçirilən tədbirlər, Azərbaycan-Fransa iqtisadi əlaqələri,

 fransız investorların ölkəmizə daha geniş miqyasda cəlb edilməsi imkanları müzakirə olunub.

Natiq Əmirov Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi islahat konsepsiyasının həyata 

keçirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin 

başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya şuralarının yaradılması biznes və 

sahibkarlıq mühitində şəffaflığın, obyektivliyin təmin olunması, iş adamlarının, o cümlədən yerli 

və xarici investorların hüquqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi və daha böyük sərmayələrin

 cəlb edilməsi üçün zəruri şəraiti təmin edəcəkdir. Prezidentin köməkçisi, həmçinin Fransa ilə iqtisadi

 əlaqələrin əhəmiyyətini qeyd edib, genişmiqyaslı əməkdaşlığın ölkələrimiz üçün qarşılıqlı faydalı olacağını 

vurğulayıb.

Xanım Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və inkişafı üçün geniş potensialın 

olduğunu bildirib, görülən tədbirlər sayəsində bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına 

əminliyini ifadə edib. Həyata keçirilən iqtisadi islahatları dəstəklədiklərini, bu sahədə istənilən formada

əməkdaşlığa hazır olduqlarını qeyd edən səfir fransız investorların Azərbaycanda biznes fəaliyyətinə 

daha geniş şəkildə cəlb edilməsində, Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının ölkəmizdəki

 fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsində maraqlı olduqlarını bildirib.


OXŞAR XƏBƏRLƏR