"15 il əvvəl qarınlı kişilər çox idi, indi onlar da özünə baxır" — Nigar Camal

Fədakar qadın olmadığını deyən müğənni Nigar Camal estetik bədən əməliyyatı etdirməsi haqqında gəzən xəbərləri təkzib edib.


Sfera.az xəbər verir ki, 38 yaşlı müğənninin sözlərinə görə, bədəninin hələ ki heç bir estetik əməliyyata ehtiyacı yoxdur və özünü olduğu kimi sevir:


"Bu sözləri Röya mənlə dalaşanda və küsəndə demişdi. Hələ ki, əməliyyata ehtiyacım olduğunu düşünmürəm".


Baxımlı qadının hər zaman diqqət mərkəzində olduğunu düşünən müğənni əvvəlki illərlə müqayisədə indi qadınların öz gözəlliyinin qeydinə daha çox qaldığını deyir: "Bu məsələyə daha intellektual yanaşmağa başlayıblar. 15 il əvvəl qarınlı kişilər çox idi, indi onlar da özünə baxır və idmanla məşğul olur".


Müğənni bildirib ki, uşaqlarına psixoloq qayğısı ilə yanaşır: "Hər kəs səhv edir, amma çalışıram ki, ana olaraq həyatımda böyük səhvlərə yol verməyim. Səhvlər buraxdıqca vicdan əzabı məni boğur". (publika.az)

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...