“15 dənə də Zatulin olsa…” – Politoloqdan “Qarabağı unudun” açıqlamasına sərt cavab

“15 dənə də Zatulin olsa…” – Politoloqdan “Qarabağı unudun” açıqlamasına sərt cavab


"Dağlıq Qarabağ probleminin həlli hər halda Zatulinin işi deyil. 15 dənə də Zatulin olsa Azərbaycanın bu məsələdə mövqeyi, münaqişə ətrafında yaranmış reallıq dəyişməyəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycana xitabən "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun” fikrinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.

 

 

Onun fikrincə, bu sayaq bəyanatların arxasında populist ritorika dayanır: "Düzdür, Rusiyada bir çox nüfuzlu şəxslər var ki, Zatulinin həmin fikrilə həmrəydir. Amma əslində görürük ki, bu kimi bəyanatların arxasında populist ritorika dayanır. Hətta "Qarabağı unudun” kimi fikirləri səsləndirən insanlar gözəl bilir ki, Azərbaycan bunu etməyəcək. Rusiyada hətta daha nüfuzlu dairələr var ki, problemin məhz Zatulinin iddia etdiyi ssenari üzrə reallaşmasını istəmir. Bu dairələr problemin ümumiyyətlə yaxın zamanlarda çözülməsində maraqlı deyil. Çünki mövcud vəziyyətdən həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edirlər”.


Politoloq qeyd etdi ki, Zatulinin həmin sözləri Rusiyanın əsas nüfuzlu dairələrinin fikirlərini əks etdirmir və etdirə bilməz: "Bu kimi sərsəm açıqlamaları Zatulin öz elektoratının və Ermənistandan olan havadarlarının xoşuna gəlmək üçün səsləndirib.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...