147 dövlət əmlakı özəlləşməyə çıxarıldı - VAXT

147 dövlət əmlakı özəlləşməyə çıxarıldı - VAXT
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 8 yanvar tarixində keçiriləcək.

Komitədən Sfera.az-a verilən məlumata görə, 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2 min 634 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir. Sumqayıt şəhəri, Bağlar massivi, dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442.5 kv.m-dir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.

Müxtəlif xidmət sahələri üzrə kiçik biznesə başlamaq istəyənlər qeyri-yaşayış sahələri üzrə seçim edə bilər. Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda, digərləri isə Daşkəsən, Sumqayıt, Gəncə, Tərtər kimi şəhər və rayonlardadır. Ümumi faydalı sahəsi 12 kv.m və 214 kv.m intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 67.9 kv.m-dir. İnvestor üçün gəlirli ola biləcək digər bir qeyri-yaşayış sahəsi Tərtər şəhəri, Nizami küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 68.5 kv.m-dir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdiriləcək dövlət əmlakları Lənkəran, Şirvan, Xaçmazla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan səhmlərin ilkin qiyməti 6 min 251 manat və 125 min 992 manat arasındadır.
 

OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...