144 min manat qazanan müəllimlər – SİYAHI

144 min manat qazanan müəllimlər – SİYAHI
Bu gün inkişaf etmiş ölkələrdə digərləri ilə müqayisədə müəllimlər daha çox qazanc əldə edir.

Sfera.az bu dəfə müəllimlərin ən çox əmək haqqı qazandığı ölkələri araşdırıb. Müəllimlərə ən çox əmək haqqı verən ölkələrin adlarını və yerli manatla onların gəlirlərini sizə təqdim edirik:

Siyahıda ilk yerdə qərarlaşan Lüksemburqdur. Burada müəllimlərin illik qazancları 77 min manatdan başlayır. Ancaq 144 min manat qazanan müəllimlər də var.

Növbəti yerdə qərarlaşan İsveçrədə müəllimlər illik olaraq 101 min manat əmək haqqı alırlar.

Üçüncü yerdə qərarlaşan Almaniyada isə müəllimlər orta hesabla illik 95 min manat qazanırlar.

Hollandiyada isə orta hesabla müəllimlər 88 min manat qazanır.

Kanadada isə bu rəqəm 52 min manatla 84 min manat arasında dəyişilir.

İrlandiyada müəllimlərin orta hesabla illik qazancları 82 min manatdır.

Danimarkada müəllimlərin ilik əmək haqqı orta hesabla 81 min manatdır.

Beçikada azstajlı müəllimlərin əmək haqqı 47 min, çoxstajlı müəllimlərin illik əmək haqqı isə 87 min manatdır.

Avstraliyada stajı az olan müəllimlərin illik əmək haqqı azı 50 min manatdır. Daha çox stajlı müəllimlər isə ildə 85 min manat civarında qazanc əldə edirlər.

Texnologiyanın geniş inkişaf etdiyi Cənubi Koreyada isə müəllimlər illik orta hesabla 72 min manat əmək haqqı alırlar.

İsveçrədə müəllimlər 71 min azn qazanır.

Amerikada isə müəllimin maaşı onun harada işləməsindən asılı olaraq dəyişir. Dövlət məktəblərində işləyənlər daha az qazanır, özəl məktəblərin müəllimlərinin məvacibi isə xeyli çox olur. Ancaq belə demək mümkündür ki, ABŞ-da müəllimlərin orta hesabla illik 70 min manatlıq gəlirləri olur.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...