"Yaxın günlərdə dollar kəskin ucuzlaşaq"

"Yaxın günlərdə dollar kəskin ucuzlaşaq"
İqtisadçı Aydın Kazımov: “Fevralın 10-dan başlayaraq, ölkə iqtisadiyyatında yeni bir tsikl başlayacaq”

Son günlərdə neftin qiymətinin nisbətən artması müxtəlif müzakirələrə səbəb olub. Artım səviyyəsi 
yüksək olmasa da, cəmiyyətdə müəyyən qədər nikbinlik yaranıb. Belə ki, neftin bahalaşması manatın da
məzənnəsinə müəyyən qədər təsir göstərib. Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi
 məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə 
müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0074 manat və
 ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib. Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 
2,37% azalaraq 0,0206 manat səviyyəsində müəyyənləşib. Bəzi ekspertlər bu “möhkəmlənmə”nin müvəqqəti 
xarakter daşıdığını desə də, daha nikbin fikirdə olanlar da az deyil.

İqtisadçı-ekspert Aydın Kazımov bildirib ki, Azərbaycanın maliyyə sistemindəki fəsadlar daha çox aidiyyyatı olan 
maliyyə qurumlarının səhlənkarlığı və banklara ciddi nəzarətin olmaması ilə bağlıdır. “Manatın dəyərdən düşməs
i də müvəqqəti prosesdir. Dövlətin gördüyü tədbirlər tezliklə öz bəhrəsini verəcək. Apardığımız araşdırmalardan
 belə nəticəyə gəlirik ki, fevral ayının 10-dan başlayaraq, martın sonuna qədər yeni bir tsikl başlayacaq və bir 
ABŞ dollarının məzənnəsi 1,35-1,40 manata qədər enəcək. Artıq bölgələrdə bu proses başlayıb. Hamıya məlumdur
 ki, yanvar ayının sonlarında ABŞ-ın Federal Ehtiyat Fondu dolların uçot dərəcəsini qaldırmayıb, yaxın günlərdə 
neftin qiyməti nisbətən qalxmağa başlayacaq”, – deyə A.Kazımov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın 
qarşısında duran əsas məsələ valyuta daxilolmalarının həcmini artırmaqdır.

“Bunun üçün, ilk növbədə xaricdə yaşayan azərbaycanlılar və ya öz maliyyə ehtiyatlarını xaricdə saxlamağa 
üstünlük verən şəxslər Azərbaycana dollar yönəltməli, öz kapitallarını vətənə gətirməlidirlər. Bu prosesdə
 xalqımız da öz köməyini əsirgəməməlidir. Hər bir vətəndaşın borcudur ki, manat ehtiyatlarını dollara dəyişməsin,
 daha çox dollar almasın. Bu zaman daxili bazar tənzimlənəcək. Hər kəs valyutadəyişmə məntəqəsinə qaçarsa,
 o zaman panika da artar və dollar ajiotajı dayanmadan güclənər”, – deyə ekspert vurğulayıb. Aydın Kazımov 
xatırladıb ki, valyutadəyişmə məntəqələrinin ləğvindən sonra əhali dolları manata və ya əksinə dəyişmək üçün 
saatlarla növbəyə durur.

“Bu işi qaydasına salmaq, bütün banklarda və filiallarda növbə yaratmamaq üçün ayrıca xidmət yaratmaq lazımdır. 
Təkcə bir faktı xatırlatmaq istərdim. Bu günlərdə vergi ödəmək məqsədi ilə “Kapital Bank”ın Xətai rayonunda 
yerləşən filialına baş çəkdim. Bütün əməliyyatlar bir kassada aparılır, insanlar pul vəsaitini dəyişdirmək üçün 
uzun növbəyə dururdu”, – deyə iqtisadçı əlavə edib. O bildirib ki, xarici investorları Azərbaycana cəlb etmək 
üçün mühüm addımlar atmalı, bəzi səhmdar cəmiyyətlərin səhmlərini dünya bazarına çıxarmaq üçün tədbirlər 
görülməlidir. “Həmçinin, ölkədəki iqtisadi prosesləri tənzimləmək üçün yeni bir İqtisadi Şura yaratmağı təklif 
edərdim. Bütün maliyyə məsələləri mərkəzləşdirilmiş qaydada bu şurada müzakirə olunmalıdır”, – deyə Aydın
 Kazımov bildirib.

banker.az

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...