14 yaşlı Ruzi 20 günlük komadan ayıldı - FOTO

14 yaşlı Ruzi 20 günlük komadan ayıldı - FOTO
Şamaxıda qəzaya düşərək ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov sağlamlığına qovuşub. 

Oxu.Az-ın məlumatına görə, onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib. 

Rayonun Sabir qəsəbəsinin sakini olan yeniyetmə mayın 2-də qəzaya düşüb. O, ilk olaraq Bakıdakı xəstəxanalardan birində müalicə alıb, daha sonra isə Türkiyəyə aparılıb. 

İki aylıq müalicədən sonra Həmidov vətənə qayıdıb. O, burada fizioterapiya və digər bərpaedici kurs keçəcək.


OXŞAR XƏBƏRLƏR