Cəmİyyət

13 yaşlı qıza təcavüz edəni neçə illik həbs cəzası gözləyir? - Hüquqşünas izah edir

13 yaşlı qıza təcavüz edəni neçə illik həbs cəzası gözləyir? - Hüquqşünas izah edir
Xəbər verdiyimiz kimi, Lerikdə 13 yaşlı qız məmur qohumu tərəfindən zorlanıb. 7-ci sinif şagirdi olan qız 4 aylıq hamilədir. Lakin zorakılıq hadisəsinin üstündən müəyyən müddət keçməsinə baxmayaraq yalnız dünən sosial şəbəkələrdə bu haqda məlumat yayıldı. Zərəçəkmişin atası isə bu gün mediaya açıqlamasında bildirib ki, qızının həmin şəxslə göbəkkəsdisi olub. Ata isə qızının zorlanmadığını ididia edir. O bildirir ki, göbəkkəsdi olsa da, qızı yetkinlik yaşınadək özünün himayəsində qalacaq.  
 
Atanın bu açıqlamasından sonra sosial mediada ona qarşı hücumlar artdı. Atasının qızını satdığını deyənlər də oldu. Çünki qız 13, təcavüzkar isə 24 yaşındadır. Burada göbəkkəsdidən söhbət gedə bilməz. Ona görə də, atanın digər açıqlamalarının da yalan olması ehtimaı yüksəkdir.

Bəs həmin şəxsin təcavüzü təsdiqləndiyi halda onu və bunu gizlədən atanı hansı məsuliyyət gözləyir. 

Hüquqşünas Asif Abdullayev Sfera.az-a açıqlamasında Cinayət Məcəlləsinin müvafiq maddələri haqda danışıb:

"13 yaşlı qızın zorlanması ağır cinayət hesab edilir. Həmin şəxs Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunur. Qanunvericilikdə14 yaşına çatmamış şəxslərə qarşı zorlama hallarına görə 10-15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Eskpert bildirir ki, yetkinlik yaşına çatmış şəxs zorlandıqda bu zaman 149-cu maddənin ilk bəndi ilə zərərvurmuş məsuliyyətə cəlb olunur.Bu maddəyə görə zərərçəkən özü şikayət etdiyi halda cinayət işi açılır. Yəni, hətta polisin də məlumatı olarsa, zərərçəkən şikayət etmədən heç bir cinayət işi açılmır. Lakin 149.3.3 maddəsi ilə tərəfin şikayətli olub-olmaması əhəmiyyətli olmayacaq: 

"Bu zaman zərərçəkənin şikayətçi olmaması sadəcə olaraq cəzanın yüngülləşməsinə kömək edə biləcək”.

Cinayət haqda məlumatlı olub onu gizlədən şəxsləri hansı məsuliyyət gözləyir? A.Abdullayev bildirir ki, bu zaman da  həbs cəzası gözlənilir: 

"307.1-ci maddədə qeyd olunur ki, ağır və xüsusi ilə ağır cinayətlərin törədilməsi haqda şəxs  məlumatlı olub susarsa, bu zaman onu cinayət məsuliyyəti gözləyir. Ən pis halda ata 2 ilədək azadlıqdan məhrum edilə bilər. Zərərçəkmişin ailə üzvləri cinayəti gizlədirsə, bu zaman həmin şəxs məsuliyyətə cəlb olunur. Övlada qarşı cinayət törədilirsə və valideyn bu hadisənin üstünü örtürsə, bu artıq validyenlik hüququndan sui-istifadədir”.

Vəkil həmçinin maarifləndirici tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

"Övlad valideyndən asılı qalmamalıdır və belə hallarda bilməlidir ki, hara müraciət etməlidir”.

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ