13 müxalifət fəalı həbs edildi
10:10 / 11.02.2019
2489
Bəhreyn ordusu ötən həftə ölkə ərazisində müxalifət fəallarına qarşı əməliyyat keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Bəhreyn İnsan Haqları Mərkəzi məlumat yayıb. Məlumatda vurğulanır ki, ötən həftə keçirilən əməliyyatlar zamanı 13 müxalifət fəalı saxlanılıb. Əməliyyatı polisin yox, hərbiçilərin keçirməsi də maraq doğurub. Qeyd olunur ki, hökumət qorxu yaratmaq məqsədi ilə artıq ordunu həbs əməliyyatlarına cəlb edir.