12 yaşlı maşın oğrusu
16:57 / 17.03.2018
2343
Misisipi polisi anasının avtomobilini oğurlamış 12 yaşlı oğlan uşağını saxlayıb.
Sfera.az "Lenta.ru”-ya istinadən xəbər verir ki, azyaşlı evindən 120 km uzaqlaşa bilib.
Hadisə Alabama ştatında başlayıb. Valideynləri ilə mübahisə edəndən sonra yeniyetmə anasının avtomobilinə oturaraq işə salıb. O bir ştatı keçərək Misisipinin Nyu-Oqaste şəhəri yaxınlığına çatıb .
Burada avtomobilinə benzin vurmaq üçün yanacaqdoldurma stansiyasına daxil olub. Elə ora da da polis tərəfindən saxlanıb.
Polislər onun evdən bu qədər uzaqlaşmağına təəcüblənib:
"Azyaşlının saat yarıma 120 km qət etməsi, həm də avtomobilli qəzaya uğratmadan sürməsi təcüblüdür".
Polislər ümid edir ki, valideynləri uşağı cəzalandıracaq.
2017-ci ildə Avstraliya polisi də 12 yaşlı sürücünü saxlamışdı. Həmin uşaq avtomobillə 1300 km qət etmişdi.
İlqar