12 yaşında ana olan Aysun: \" Efirdə danışdıqlarıma görə \"Ənkə\" məni öldürəcək\" - VİDEO

12 yaşında ana olan Aysun: \
 
14 yaşlı Aysunun 2 il əvvəl, yəni 12 yaşında ana olması medianın gündəmini zəbt edib. Doğma valideynlərini axtarmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına çıxan yeniyetmə 2018-ci ilin fevral ayında uşaq dünyaya gətirib. 12 yaşından bəri adını paytaxtın gecə klublarının birində fahişəliyə cəlb edilən yeniyetmə dəfələrlə qaçsa da, "Ənkə" ləqəbli İsmayıl adlı şəxs onu tapıb və döyərək geri qaytarıb. 

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, Aysun hazırda adıçəkilən şəxs tərəfindən təhdid olunduğunu deyir:
 
"Uşaq doğulandan sonra mənə dedilər ki, uşaq ölü doğulub. Mən bioloji valideynlərimi axtarmaq üçün efirə çıxandan sonrabu uşağı mənə göstərib dedilər ki, sənin uşağındır. İsmayıl məni hədələyir, deyir ki, efirdə bizim haqqımızda danışsan səni də, uşağını da öldürəcəm, yer üzündən siləcəm".

Qeyd edək ki, Aysun atılmış uşaqdır. 4 aylığında bir ailəyə övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb.

12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.

Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib.

X.Hidayətqızı Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...