12 məktəbli qız diri-diri yandı

12 məktəbli qız diri-diri yandı

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda özəl məktəbə məxsus  şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-i qız olmaqla, 12 nəfər ölüb.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.  
 
Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.
 
Adana valisi Mahmut Dəmirtaşın sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.
 
İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub.  

 


OXŞAR XƏBƏRLƏR