12 ildən sonra ilk dəfə konsert verəcək - İbrahim Tatlısəs dekorasiya üçün sərvət xərclədi

12 ildən sonra ilk dəfə konsert verəcək - İbrahim Tatlısəs dekorasiya üçün sərvət xərclədi
Səhhətindəki problemlər üzündən 12 ildir konsert verə bilməyən məşhur müğənni İbrahim Tatlısəs nəhayət  səhnələrə qayıdır.
 
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənninin uzun illər sonra baş tutacaq bu konsert üçün sərvət xərclədiyi deyilir. Belə ki, İbonun səhnə dekorasiyası üçün 1.5 milyon lirə sərf etdiyi təxmin edilir. 

Məlumata görə, müğənninin fanatları da bu konsert üçün ən az onun qədər həyəcanlanırlar. Bu gün baş tutacaq konsertin biletlərinin satışa çıxdıqdan 2 saat sonra  tükənməsi də bunu sübut edir. 

Xatırladaq ki, "İmperator" ləqəbli müğənni silahlı hücuma məruz qaldıqdan sonra həkimlər onun bir daha konsert verə bilməyəcəyini, hətta mahnı ifa edə bilməyəcəyini bildirmişdilər. Ancaq artıq bir ildən çoxdur ki, efirlərdə olan "İbo Show"da da ifaçı dəfələrlə mahnı oxuyub. 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...