Nazir Daşkəsəndə - FOTOLAR

Nazir Daşkəsəndə  - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Daşkəsən rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Daşkəsən rayonundan seçilmiş millət vəkili Rövşən Rzayev iştirak edib. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə icra başçısı Əhəd Abıyev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Ölkədəki bügünkü iqtisadi durumla bağlı çıxış edən nazir H. Bağırov qeyd edib ki, ölkəmizdə yaranmış müəyyən çətinliklə müşaiyət edilən vəziyyət daxili proseslər deyil, böyük dövlətlərin xarici təsiri nəticəsində yaranıb. 1990-cı illərdəki Azərbaycanla bügünkü ölkəmizi geniş müqayisə edən nazir deyib ki, bü gün azərbaycanlıların imici çox yüksək səviyyədədir və Azərbaycan özünə əmin olan, müstəqil olaraq ayaq üstdə duran dövlətdir.

H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.

 nazir daşkəsəndə - fotolar
 nazir daşkəsəndə - fotolar
 nazir daşkəsəndə - fotolar
 nazir daşkəsəndə - fotolar
 nazir daşkəsəndə - fotolar


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...