110 dövlət əmlakı özəlləşdirilir - VAXT

110 dövlət əmlakı özəlləşdirilir - VAXT
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı Əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonasını misal göstərə bilərik. İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kv.m-dir.

Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Qeyd edək ki, bu dövlət obyektinin ümumi faydalı sahəsi 190,5 kv.m-dir.

Bu dəfə hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrindən 5-i Sumqayıt şəhərində, qalanları isə paytaxtda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612 kv.m intervalındadır. Xidmət və ya ofis obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Badamdar qəsəbəsindədir. Ümumi faydalı sahəsi 14,4 kv.m olan dövlət əmlakı üçün investor 750 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.
Dövlətə məxsus səhmlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isə kəndkimya, nəqliyyat, inşaat, təmir və sair sahələrə aid müəssisələr var. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara "Bərdə Kərpic”, "Şamaxı Dəmir Beton”, "Xırdalan Nəqliyyat", "Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...