11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindən

11 il öncə 21 yaşlı qızla birgə itmiş oğlan tapıldı - Volqa çayının dibindən
 
Çuvaşıstanın paytaxtı Çeboksarıda mütəxəssislər 11 il öncə sahibləri ilə birgə Volqa çayına qərq olmuş avtomobili çıxardılar. 

Rus versiyası bu haqda "Proqorod” portalına istinadla xəbər verir.  
Maşında boğulmuş adamlar həmin müddət ərzində itkin düşmüş sayılıblar. DİN-in region üzrə mətbuat xidmətindən verilən məlumata görə, avtomobilin sahibinin şəxsiyyəti dərhal müəyyən edilib. Bu, 2006-cı il dekabrın 7-də 21 yaşlı qızla birgə itkin düşmüş 25 yaşlı oğlandır. Avtomobili iyulun 25-də həvəskar dalğıc çayın dibində aşkar edib. 

O, dərhal polisə məlumat verib. Elə həmin gün avtomobil Volqanın dibindən çıxarılıb. 
Hazırda müstəntiqlər avtomobilin hansı səbəbdən çaya düşərək cütlüyün ölümünə səbəb olduğunu aydınlaşdırmağa çalışırlar. (moderator.az)

OXŞAR XƏBƏRLƏR