105 milyona ada almaq istəyirdi, alınmadı - FOTO

105 milyona ada almaq istəyirdi, alınmadı - FOTO

Türkiyənin məşhur aktrisası Hülya Avşarın ada almaq xəyalı suya düşüb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, yay aylarını Balıkesirdəki lüks villasında keçirən sənətçi 2007-ci ildən etibarən Çiçək Adasını satın almağa çalışır.

Bağ evinin yaxınlığında yerləşən ərazi eyni zamanda ərəb iş adamlarının diqqət mərkəzindədir. Böyük tələbatın olduğunu görən ada sahibləri mülkün qiymətini artırıb. Əvvəl 105 milyon lirəyə (29 milyon 862 min AZN) satılan adanın dəyəri 30 milyon qalxıb.

Dünya ulduzları kimi ada sahibi olmaq istəyən Avşarın bu istəyi qiymət artımından sonra reallaşmayıb.

Qeyd edək ki, Çiçək Adası 400 kvadrat metr ərazini əhatə edir. 1929-cu ildə Yunanıstana köçən Hatırlı ailəsi həmin ərazidə yaşayır. Ada zeytun ağacları ilə zəngindir.


OXŞAR XƏBƏRLƏR