102 xidmətinə işçi axtarılır

102 xidmətinə işçi axtarılır
 
Daxili İşlər Nazirliyi (DİN), Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 23-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq. İştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
* əmək kitabçası (olanlar üçün);
* ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar.

Sənədlər 2016-cı il oktyabr ayının 10-dan noyabr ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-92-54 (12-54 daxili)


OXŞAR XƏBƏRLƏR

İrandan İsrailə SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   “Qafqazinfo” xəbər verir ki, ATV telekanal...

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...