100 yaşını həbsxanada keçirəsi oldu - FOTO

100 yaşını həbsxanada keçirəsi oldu - FOTO
 ABŞ-ın Şimali Karolina ştatında qəribə hadisə baş verib.
 
Roksboro sakini 100 yaşını həbsxanada keçirib.
 
Qocalar evində yaşayan Rut Braynt ölməzdən əvvəl həbsxanaya düşməyi arzu edib.
 
Ərazi polisi onun bu arzusunu reallaşdırıb. Yaşlı qadın qoluna qandal vurularaq həbsxanaya aparılıb.
 
Orada bir neçə dəqiqə keçirəndən sonra o, 100 yaşını qeyd etmək və ad günü tortunu yemək üçün yenidən qocalar evinə gətirilib.

OXŞAR XƏBƏRLƏR