100 şəxs iki ay ərzində qidayla təmin ediləcək - Berg və Bizon Energy-dən MÖHTƏŞƏM ADDIM

100 şəxs iki ay ərzində qidayla təmin ediləcək -  Berg və Bizon Energy-dən MÖHTƏŞƏM ADDIM

Bizon Energy və BERG Energy komandası sosial və vətəndaş məsulliyətini rəhbər tutaraq örnək sayılacaq aksiyaya start verib.

 

 

Sfera.az xəbər verir ki, aksiya çərçivəsində 100 şəxs iki ay ərzində qidayla təmin ediləcək:

 

"Sizdən xahiş edirik, ətrafınızda olan, tanıdığınız, yaşı 65-dən çox olan tənha, yaşlı, kimsəsiz insanların əlaqə nömrələrini və ünvanlarını bizə göndərin. Komandamız nəzərdə tutduğumuz 100 şəxsi iki ay ərzində qidayla təmin etməyi öz üzərinə götürür. Təbii ki, bu şəxslərin evdən çıxmaması üçün ərzaqların evə çatdırılmasını da təmin edəcəyik.

Virus pandemiyasının respublikamızda yayılmasının qarşısını almaq üçün və fəsadları minumuma endirmək üçün hər birimiz səfərbər olmalıyıq. Birlikdə olmaq, gücümüzü birləşdirmək vaxtıdır! Bildiyiniz kimi zəif immunitetə malik olan yaşlı nəslin nümayəndələrində virusa yoluxmaq ehtimalı daha yüksəkdir. Bu risk qrupuna daxil olan yaşlı insanlara hal-hazırda ikiqat çətindir.

Bu aksiyada qayğıya möhtac olan daha çox insana kömək etməyimiz üçün bizə qoşula bilərsiniz. Sizi yanımızda görməkdən sevinc hissi duyarıq. İstər fiziki, istərsə də hüquqi şəxs olaraq öz dəstəyinizi göstərə bilərsiniz.

Gəlin əl-ələ verib bu çətin zamanda bir-birimizə dayaq olaq. Biz birlikdə güclüyük, biz birlikdə Azərbaycanıq!”

#koronavirus #gücbirlikdədir #dəstək #bizonberg


OXŞAR XƏBƏRLƏR