\"100 minlik dronla 5 milyonluq tank bir anda məhv edilirsə...\" - Doğru strategiya bizə nə qazandırdı?

\
"Böyük Vətən Müharibəsi,  strategiya və rəqəmsal transformasiya... 100 minlik dron 5 milyonluq tankı bir anda məhv edirsə gələcəkdə hərbidə nələr dəyişəcək? Biz adətən rəqəmsal transformasiyanın təsirlərindən danışanda mülki həyata diqqət yönəldirdik.  Belə görünür ki, rəqəmsal transformasiya hərb sahəsini də kökündən dəyişməkdədir. Mülki həyatda bəzi ixtisaslar tarixə qovuşduğu kimi hərb dünyasında da görünür ki, bu vəziyyət qaçılmazmış".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, dəyəri 100 min dollar olan bir dronla 5 milyon dollarlıq tankın (məsələn, T-90) bir anda məhv edildiyini diqqətə çatdırıb:

"Cəmi 5-10 kq partladıcı daşıya bilən dron kifayətdir ki, tonlarla çəkiyə malik tankı bir anda metalloma çevirsin. Eyni bir mərkəzdən, əsasən süni intellekt tətbiqiylə idarə olunan , bir tankın qiymətində olan Dron sürüsü ilə bir anda 50 tank məhv edilə bilir. Bu, dəhşətli rəqəmdir. 
 
Belə olan halda sual yaranır ki, gələcək hərbi strategiyada tank birləşmələri və ya bu kimi strukturlar saxlamaq, buraya vəsaitlər yatırmaq nə dərəcədə effektivdir? Hazırda bizim Böyük Vətən müharibəmizdə tətbiq olunan hərbi modellər onu göstərir ki, məsələn, artıq hərbidə tankist (tankçı) peşəsi də arxivə qovuşmalı olacaq. Onun yerini "dron operatoru" tutacaq".

Ekspert Azərbaycanın cəbhədə dorğu strategiyadan istifadə etdiyini də bir daha vurğulayıb:
 
"Eyni zamanda, dəyəri 5 milyon olan dronla, tutaq ki, dəyəri 115 milyon olan S-300 və ya dəyəri yüz  milyonlarla olan ballistik raketlər məhv edilə bilir.
Ermənilərin yüzlərlə tanklarının və bütün zenit sisteminin məhv edilməsi məhz rəhbərlik tərəfindən bizim hərbi strategiyanın zamanında, uzaqgörənliklə  düzgün hazırlandığının göstəricisidir.

Ümumiyyətlə belə görünür ki, bizim Böyük Vətən müharibəsi, 2-ci Qarabağ savaşımızda tətbiq edilən taktika və strategiya, tətbiq edilən hərbi texnologiyalar  digər dövlətlərə öz hərbi konsepsiyalarına yenidən baxmağa məcbur edəcək.

Müharibədə baş verənlər bir daha onu göstərdi ki, Ali Baş Komandan tərəfindən illər öncə həm İsrail ilə birgə yerli dronların istehsalına başlanması və həm də vəsaitlərin məhz ən müasir dronların və digər hərbi texnologiyaların alınmasına yönləndirilməsi doğru strategiya olub".
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR