100 manat cərimə və 15 sutka həbs - Xəbəriniz olsun - VİDEO

100 manat cərimə və 15 sutka həbs - Xəbəriniz olsun -  VİDEO

Divarlar gecə saatlarında yazılır

Sfera.az xəbər verir ki, xəzərxəbər-in məlumatına görə, Mingəçəvirdə hasarlar, divarlar yazılır və nəticədə şəhərin görüntüsünə xələl gətirən bir mənzərə ortaya çıxır. Bu yazıları yazanlar adətən gecələr bu işi etdikləri üçün onlarla mübarizə aparmaq da çox çətindir.

Hasarların, yaşayış binalrının və ictimai-iaşə obyektlərinin divarları rəngarəng yazılarla örtülüb.

Mingəçevirdəki əksər tikilərin divarlarında bu cür yazılara rast gəlmək mümkündür.Yazıların çoxu müxtəlif saytların adlarıdır.

Sakinlər bu cür yazıların şəhərin gözəlliyini pozmaqla yanaşı,etik cəhətdən də mənfi xarakter daşıdığını bildirirlər.Kim tərəfindən yazıldığı isə məlum deyil.

Məsələ ilə bağlı Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırılma İdarəsindən bildirildi ki,divarlar gecə saatlarında yazılır.Bir neçə dəfə həmin yazılar silinərək divarlar rənglənib və polisə də bu haqqda şikayət edilib. Hətta polislə birgə reydlər keçirilsə də,yazan şəxsləri tapmaq mümkün olmayıb.Bu səbəbdən də növbətçi təyin etmək qərarına gəliblər.

Divarlara bu cür yazıların yazılması və şəkillərin çəkilməsinə görə qanunvericilkdə 50-100 manat məbləğində cərimə və 15 sutkalıq həbs nəzərdə tutulub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...