100 kiloqram arıqlayan aktyor başqa birinə \"ÇEVRİLDİ\" - FOTO

100 kiloqram arıqlayan aktyor başqa birinə \

Rusiyalı aktyor Aleksandr Semçev 100 kiloqram arıqlayıb.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyorun sürətlə çəki atması onun səhhətində bəzi problemlər yaradıb.

"Etiraf etməliyəm ki, səhhətimdə problemlər başladı. Bu, məni narahat edir", - o,  açıqlamasında bildirib.

Semçevdə qəfil başgicəllənmə və ürək bulanmaları yaranıb. Qan təzyiqi isə düşməyə başlayıb.

Bundan əlavə, Semçev cərrahın bıçağı altına da yatmalı olub. Aleksandr, üzündəki sallanan dərini əməliyyat vasitəsi ilə yığıb.

Belə problemlərə səbəb aktyorun həkim məsləhəti olmadan kortəbii arıqlaması olub.

"İnternetdə tapdığım bir qida rejimi ilə arıqladım. Qabımı üç hissəyə bölürdüm. Həkimlərlə məsləhətləşmədim, heç bir müayinədən də keçmədim",- Semçev etiraf edib.

 

Bunlara baxmayaraq, aktyor görünüşünün dəyişdiyinə görə peşman deyil. Bu, aktyora karyerasında daha irəliyə getməyə imkan verib.

"Hazırda 3 filmdə çəkilirəm. Bunların hər biri fərqli obrazlardır", - Aleksandr öyünüb.

Qeyd edək ki, aktyor  23 yaşında çəki almağa başlayıb. 50 yaşında sənətçi 200 kiloqram ağırlığında idi. Lakin 2019-cu ilin payızında o, tamaşaçıların qarşısına başqa biri olaraq çıxıb.

Semçev açıqlamasında 100 kiloqrama qədər çəki itirdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...