100 ədəd 1 rubl satır: Birini 30 manatdan - VİDEO

100 ədəd 1 rubl satır: Birini 30 manatdan - VİDEO
Quba sakini sovet dövründə istifadə edilən metal pullardan ibarət kolleksiya yığıb. İndi isə həmin pulları satmaq niyyətindədir.

İstifadə müddəti bitmiş metal pullardan ibarət kolleksiya yığıb. Qubanın Birinci Nügədi kənd sakini, 50 yaşlı Rahib Əliyev 1980-ci illərdən etibarən həmin dövrdə istifadə edilən 1 rublluq pulları yığmağa başlayıb. Bir müddət sonra isə həmin pullar dövriyyədən çıxıb.

Hazırda kolleksiyada Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə buraxılan 100 ədəd 1 rublluq metal pul var. Rahib Əliyev deyir ki, onları yığmağa 5-6 il vaxt sərf edib. Rahib Əliyev son zamanlar bu cür qəpiklərə marağın çox olduğunu nəzərə alaraq yığıdığı pulları satmaq istəyir. Bu məqsədlə elan saytlarından birində məlumat da yerləşdirib. Birini isə 30 manatdan satmaq niyyətindədir.

Quba sakini həmçinin, 1961-ci ildə buraxılan 5 rublluq əsginazı və sonrakı illərdə buraxılan müxtəlif nominallı metal pulları da bu günə kimi saxlayıb. 


OXŞAR XƏBƏRLƏR