100-ə yaxın sürücü saxlanıldı

100-ə yaxın sürücü saxlanıldı

Keçirilən reyd zamanı Tovuzda 100-ə yaxın sürücü saxlanılıb. 

Sfera.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, son zamanlar qəzalara səbəb olan nasaz avtomobillər həm də, atmosferi çirkləndirir. Bu cür vəziyyətə sovet istehsalı olan maşınlarda daha çox rast gəlinir. Mövcud problemi aradan qaldırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Tovuz Yol Polis Bölməsi əməkdaşları birgə reyd təşkil edib.

Rayon ərazisində keçirilən yoxlamalar zamanı atmosferi çirkləndirən, sənədləri qaydasında olmayan, arxa və yan şüşələri həddindən artıq işıq keçirməyən avtomobil sürücüləri aşkarlanıb.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz ediblər. Tovuzun mərkəzi küçəsində avtomobillərin sıx hərəkət etdiyi ərazidə reallaşan reyddə 100-ə yaxın qaydaları pozan sürücü saxlanılıb. Onlar barəsində protokollar tərtib edilib.

Qeyd edək ki, "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...