Hadİsə

100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər - VİDEO

100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər - VİDEO
Moskva polisi paytaxtın cənub-şərqində kütləvi dava ilə bağlı araşdırmalara başlayıb. 

BAKU.WS xəbər verir ki, Kuryanov mikrorayonu ərazisində yerləşən "Neolit" kafesinə hücum edən 100-ə yaxın şəxsdən artıq 20-si saxlanılıb. İnsident zamanı ən azı bir nəfər öldürülüb. 

Dava baş verən ərazidə güllə gilizləri tapılıb. Bu informasiyanı ətrafda yaşayan qonşular təsdiq edib. 

Hadisə şahidi Andrey Andreyev bildirib ki, atışma səsləri eşidilirdi: "Evin arxasında güllələnmə oldu. Sonra 30-dan çox insan ərazidən qaçmağa başladı. Deyəsən avtomatla güllələyirdilər".

Atışmadan sonra polis gücləndirilmiş iş rejiminə keçib. Kuryanov mikrorayonunda giriş və çıxış nəzarətdə saxlanılır.

Qeyd edək ki, ötən gün Alixan adlı şəxsin azərbaycanlılar tərəfindən döyülərək cəzalandırdığını əks etdirən görüntülər yayılıb. Bu hadisədən sonra çeçenlər Alixanı döyən azərbaycanlıların axtarışına başlayıb. 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031