10 yaşlı qız qocalıqdan öldü - VİDEO

10 yaşlı qız qocalıqdan öldü - VİDEO
Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb.

Sfera.az xəbər verir ki, uşağın ölümü barədə onun anası özünün "Facebook"dakı səhifəsində bildirib.

"İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim, bağışla ki, bu dəfə səni xilas edə bilmədik", - qadın sosial şəbəkədəki hesabında yazıb.

Qız proqeriya - nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur.

Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl qocalması ilə şərtlənən dərinin və daxili orqanların dəyişiklikləri baş verir. Körpə bir neçə ay normal inkişaf edir, amma sonra onun qocalması prosesi dəfələrlə sürətlənir.

Hərçənd uşaq proqeriyası anadangəlmə də ola bilər, adətən onların əksəriyyətində kliniki əlamətlər iki-üç yaşda ortaya çıxır. Uşağın fiziki artımı kəskin yubanır, dəri nazikləşir, quru olur və qırışır. // "Report”

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...