10 yaşında hamilə qaldı, abort isə qadağandır - Dünyaya səs salan rüsvayçılıq - FOTOLAR

10 yaşında hamilə qaldı, abort isə qadağandır -  Dünyaya səs salan rüsvayçılıq - FOTOLAR

Paraqvayda 10 yaşlı qızın  20 həftəlik hamilə olduğu xəstəxanada bilinəndə hadisə  xəbər başlıqlarında yer aldı.

Lakin kiçik qızın bu vəziyyəti Cənubi Amerikada təəssüflər olsun ki,  nadir rast gəlinən bir hadisə deyildi. 7 milyonluq əhalisi olan Paraqvayda  keçən il 14 yaşına çatmamış 700-dən çox qız uşağı doğum edib.

10 yaşlı Mainumby isə  ilk olaraq, qarın ağrısından şikayət etdiyi bildirilib. Anasının onu fərqli klinikalara aparmasına  baxmayaraq, ağrısı davam edən uşağa diaqnoz ancaq üç aydan  sonra başqa bir xəstəxanada qoyulub.  O hamilə idi, özüdə 20 həftəlik. Əsas faciə isə bu ölkədə abortun qadağan olunması idi. Qızı bu hala salanının kimliyi dəqiq bilinməsə də onun ögəy atası şübhəli bilinərək, nəzarətə alınmışdı. Ölkəni isə  qızın sağlamlığı narahat edirdi.

Beynəlxalq Əfv Təşkilatı qızın  abortuna icazə verməsi üçün dövlətə müraciət edərkən,  BMT  insan hüquqları mütəxəssisləri Paraqvayın tənqid edən açıqlamalar verib. Lakin səlahiyyətli şəxslər qoyduqları qanunu pozmaqda israrlı görünür. Paraqvayın səhiyyə naziri Antonio Barrios bu hadisəylə bağlı açıqlama verib. O bildirib ki,  "Mainumby'e edilən psixoloji kömək , qızın xoşbəxt olduğunu  və heç bir problemi olmadığını göstərib. Qızın həyatı təhlükədə olmadığı üçün bizim üçün tək variant hamiləliyə davam etməsidir “.

Ölkədə baş verən bu qədər çaxnaşmadan sonra dövlət qanunu pozmadı və 10 yaşlı  Mainumby  qız uşağı dünyaya gətirdi. Paraqvay xalqı isə dövləti bu addımına görə bağışlamadı. Onlar düşünür ki, kiçik yaşdakı hamiləliyin bir yetkin insanla müqayisədə  riskli olduğu üçün dövlət  qızın həyatıyla qumar oynadı.(atv.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...