10 nəfərdən 3-də bu xəstəlik var: İnsanların çoxu təhlükədən xəbərsizdir

10 nəfərdən 3-də bu xəstəlik var: İnsanların çoxu təhlükədən xəbərsizdir
 Dünyada 1,5 milyard insanın hipertoniyadan əziyyət çəkdiyi bildirilir. Onların təxminən yarısının öz xəstəliyindən xəbərsiz olduqlarını nəzərə alaraq bu gün əhali xəstəliklə mübarizədə profilaktik tədbirlərə cəlb olunur, diaqnostika və müalicəyə dair məlumatlandırılır.

Sfera.az xəbər verir ki, yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxmasıdır. Adətən yüksək təzyiqin 95 faizi essensial hipertenziyanın, yəni hipertoniyanın payına düşür, qalan 5 faizi isə simptomatik hipertenziya təşkil edir. Hipertoniya ən çox rast gəlinən, bir çox fəsadlara səbəb olan xroniki xəstəlikdir, dünyada ölümlərin və əlilliklərin əsas səbəblərindən hesab olunur.

Məlumatlara görə, dünyada hər on nəfərdən 3-də yüksək təzyiq var. Onların yalnız yarısının bundan xəbəri olur, olanlar isə çox zaman buna qarşı tədbir görmür, davamlı müalicələr almırlar. Yüksək təzyiq uzun zaman heç bir əlamət vermədən ürək, qan-damar sistemi, beyin, böyrəklər kimi həyati əhəmiyyətli orqanlarda fəsadlar yarada bilir. Ona görə də onu çox zaman "səssiz düşmən" adlandırırlar.

Amma hipertoniyanın əsas əlamətləri halsızlıq, yorğunluq, baş ağrısı, başgicəllənmə, burun qanaması, görmədə pozğunluq, nəfəs almada çətinlik, yerimədə, pilləkən qalxmada çətinlik, tez-tez sidiyə getmə-əsasən də gecələr bu halın baş verməsi, ayaqlarda şişkinlik və s. sayılır.

Yüksək təzyiqi olanların daim həkim nəzarətində olmaları, təyin olunan dərmanları vaxtlı-vaxtında qəbul etmələri, sağlam qidalanmaları, artıq çəkidən qorunmaları, duz qəbulunu azaltmaları, fiziki aktivliyi artırmaları, təzyiqlərini daim nəzarətdə saxlamaları tövsiyə olunur.
 
Təzyiqi olmayanlar isə ən azı ildə bir dəfə təzyiqlərini ölçməlidirlər. (milli.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...