“10 düşmən əsgərini boğaraq öldürdüm” - VİDEO

“10 düşmən əsgərini boğaraq öldürdüm” -  VİDEO

Ehtiyatda olan zabit Kamil Mehdiyev müdhiş gecədən danışdı.

“20 Yanvar Azərbaycan xalqının sarsılmaz döyüş qabiliyyətinə malik, mübariz millət olduğunu sübuta yetirən bir gündür”.

ANS PRESS-in məlumatına görə, bunu “Xəbərçi” nin qonağı ehtiyatda olan zabit Kamil Mehdiyev deyib. O 20 Yanvar hadisələrini Azərbaycan xalqının mübarizlik rəmzi kimi qiymətləndirir. Kamil Mehdiyev o müdhiş gecəni belə xatırladı:

“Rus qoşunlarının paytaxt Bakıya daxil olacağını biz əvvəlcədən bilirdik. Bunun üçün bizim dəstə qoşunlara qarşı silahlı hücuma hazırlaşırdı. Kimə dediksə, bizim dəstəyə qoşulmaq istəyən çıxmadı. Onda bizim əlimizdə 61 ədəd odlu silah var idi. Bu silahları isə mən şəxsən öz pulumla Volqaqraddan gəmi ilə Azərbaycana gətirdim. Silahın bir hissəsini, yazılı surətədə cəbhəyanı bölgələrə göndərdik. Qalanı isə Sovet qoşununun paytaxta daxil olacağını bildiyimiz üçüm özümüzdə saxladıq”.

Tiblisi prospektində barrikada quran Kamil Mehdiyev və onun dəstə üzvləri Şaiq Vəliyev və başqaları bu yolda yarım saat rus qoşununa müqavimət göstərib. Kamil Mehdiyev şəxsən 3 BTR vurduğunu və yara aldıqlarını deyir. 

Sonradan dəstə üzvlərinə mayın 5-də ölüm hökmü oxunur və onlar 12 nəfər Bayıl həbsxanasının 6-cı korpusunda saxlanılır. Orada zabit və başqa 12 nəfərə olmazın işgəncələr veriblər. İşgəncədən əziyyət çəkən insanların səsinə binanın sakinləri mitinq keçirib və bu həbsdəki insanların azadlığa buraxılmasını tələb edib. Bundan sonra aidiyyatı qrumların məsləyə müdaxiləsindən sonra onlar həbsdən azad edilib.

Ehtiyadakı zabit Kamil Mehdiyev düşmənin 10 nəfərini boğaraq öldürdüyü üçün fəxr etdiyini deyir.

Sonda isə o ANS telekanalının rəhəbərliyinə 20 yanvar hadisələrinin acı faktlarını özündə əks etdirən “Qanlı Yanvar” filminin çəkilişi üçün xüsusi minnətdarlıq etdi. 


OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...