10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı
İyulun 7-də10 aylıq körpə Ələkbərli Türkel Cavid oğlu valideynləri tərəfindən Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yüksək hərarəti olan T.Ələkbərli Mingəçevir xəstəxanasında dünyasını dəyişib.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilirki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü T.Ələkbərlinin ölümü barədəaparılan araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-i tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatı və baş vermə səbəbləri haqqında izahatları alınıb:
"Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdəhər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb”.