1 milyarddan çox sosial şəbəkə istifadəçisinin məlumatı internetə sızıb

1 milyarddan çox sosial şəbəkə istifadəçisinin məlumatı internetə sızıb

Kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Vinni Troyya 1,2 milyard sosial şəbəkə istifadəçisi haqqında informasiyadan ibarət məlumat bazasını aşkar edib. Bu haqda "Wired" nəşri məlumat verib.

Sfera.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, sözügedən fayl "Google Cloud" bulud xidmətində saxlanılıb. Mütəxəssis faylı yükləyənin kimliyini öyrənə bilməyib. Bu halda məlumat bazasında parol, bank kartlarının nömrələri və ya təhlükəsizlik kodları kimi mühüm məlumatlar olmayıb.

Troyya deyib ki, bazada "Twitter", "Facebook", "LinkedIn" və "GitHub" xidmətlərindən istifadə edənlərin profillərindəki informasiya yerləşdirilib.

 

Nəticədə onların ev və mobil telefonları (təxminən 50 milyon nömrə), məşğulluq tarixçəsi və elektron poçt ünvanları internetdə əlçatandır. Faylların adı informasiyanın çox hissəsinin ABŞ-ın "People Data Labs" şirkətinə aid olduğunu göstərir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...