1 manatlıq taksi sürən 50 yaşlı qadın: \"Günə 120 manat qazana bilirəm\"- VİDEOREPORTAJ/ FOTOLAR

1 manatlıq taksi sürən 50 yaşlı qadın: \
Bu gün paytaxtımızda ən gəlirli və rəqabət qabiliyyətli biznes sahələrindən biri məhz taksi xidmətlərinin fəaliyyətidir. Günü gündən daha münasib qiymət, şərait təkilf etməklə bu sahə daha da inkişaf edir.
Sadə insanların rahatlığını düşünən bu sahədə demək olar ki, son bir ildə 1 manat müqabilində fəaliyyət göstərən taksilər də yer almaqdadır. Əsasən 20 Yanvar metrosu, Koroğlu istiqamətində gediş edən bu taksilərin demək olar ki, müştəriləri də elə başlarının üzərində olur.
1 manatlıq taksilər" in dayandığı ünvana üz tutub. Məqsəd bu taksilərin fəaliyyətini və uğur sirrini öyrənməkdir. Maraqlıdır, nə üçün 1 manat? Sürücü və müştəriyə bu məbləğ nəyi qazandırır?
Bütün bunları videoreportajımızın 50 yaşlı qadın qəhrəmanının dilindən öyrənəcəksiniz.
Qeyd edək ki, üz tutduğumuz iki avtomobil dayanacağındakı 1 manatlıq taksi ilə müştəri ünvana çatdıran sürücülər, bizə bu barədə məlumat verməsələr də, qadın qəhrəmanımız daha cəsarətli çıxdı və bizimlə şəxsi avtomobilində həmsöhbət oldu.
Komfortu ilə digər taksilərdən fərqlənməyən 1 manatlıq taksi idarə edən xanım sürücü nəzakət və xanımlığı ilə diqqət çəkdi. Həmsöhbətimiz xanım sürücünün adı Gülməst olsa da, vizit kartında o "Gülü xanım" olaraq qeyd edilib. Bu da yəqin müştərilərin ona olan münasibətindən irəli gəlir.Sonxeber.az
 

 


OXŞAR XƏBƏRLƏR